Türkiyəli aktrisa Bergüzar Korel üçüncü hamiləliyi yaşayır.
OLAY yazır ki, sənətçinin bu səbəblə üzündə və bədənində şişkinliklər yaranıb. Aktrisa təbii halının fotolarını yayımlayaraq izləyicilərinə mesaj ünvanlayıb:
“Bu fotolar şanslı günümdəyəmsə və günəş doğandan sonra oyanmışamsa, yataqdan oyanır-oyanmaz çəkdiyim kadrlardır. Şiş üzüm, ləkələrim, dağınıq saçlarım. Bəzən günboyu evdə bu halda dolaşıram, bəzən divandan qalxa bilmirəm. Bəzən kimdəsə görüb özümə makiyaj etdim. Bəzən özümü çox bəyəndim, bəzən aynaya baxmadım. Deməyim odur ki, hazırda bu sətirləri oxuyan və bunlara ilişib qalan, dostum, bil ki, burada qüsursuz görüb qibtə etdiyin qadınlar səndən fərqli deyil”.
Qeyd edək ki, B.Korel aktyor Halit Ergençlə evlidir. Cütlüyün iki oğlu var, yaxın aylarda bir qızı dünyaya gələcək.