WOW
WOW

Hissdən Faraha xoş gəldin gülləri

Hissdən Faraha xoş gəldin gülləri

Tanınmış ifaçı Hiss rol aldığı filmin qalası üçün Azərbaycana gələn türkiyəli aktrisa Farah Zeynep Abdullaha gül göndərib. 

OLAY yazır ki, bu barədə Farahın özü məlumat yayıb. 

Qırmızı qızılgüllərin videosunu instaqramın hekayə bölməsində paylaşan sənətçi Hissə təşəkkür edib. 

“Çox təəccübləndim və xoşbəxt oldum. Nə qədər kübar və şirinsən. Təşəkkür edirəm, xoş gördük”, - deyə aktrisa bildirib. 

Hissin göndərdiyi buketin üzərində isə “Xoş gəldin, Fafa” qeydi yer alıb.