15 iyul – 15 oktyabr tarixləri arasında “Food Mood” restoranın “Yolüstü”region məntəqələrində müştərilərin iştirak etdiyi lotoreyanın qalibi bəlli olacaq.
OLAY yazır ki, 20 oktyabrda açıqlanacaq qalibləri 1 ədəd HAVAL Jolion Pro avtomobili və 4 ədəd ölkədaxili tur paketi (hər biri 2 nəfərlik) gözləyir.
Qaliblər təsadüfi seçim yolu ilə müəyyən olunacaq. Sosial mediada canlı yayımda açıqlanacaq lotereyada “Yolüstü” məntəqələrindən minimum 10 AZN-lik alış-veriş edən şəxslər iştirak edir. Qaliblərin siyahısı “Yolüstü” və “Food Mood” şəbəkəsinin sosial media hesablarında paylaşılacaq.
Qeyd edək ki, dünya praktikasında istifadə edilən və cəmiyyətə daha lakonik xidmət təklif edən “Yolüstü” layihəsi 21 istiqamətdə Azərbaycanı birləşdirən magistral yollarda fəaliyyət göstərir. Məntəqələrin sayının 50-yə çatdırılması nəzərdə tutulur.
“Yolüstü” məntəqələrində müxtəlif kombinasiyaların birləşir. Burada kafe, parking, ibadət otaqları, elektrikli avtomobillər üçün şarj mərkəzləri, WiFi, WC və başqa xidmətlər göstərilir. Ödənişləri nağd və ya kartla ödəməyiniz mümkündür.