WOW
WOW

Çoxdan gözlənilən layihə - Yolüstü!

Çoxdan gözlənilən layihə - Yolüstü!

Azərbaycanın əsas avtomobil yollarında insanlara komfortlu xidmət etməsi planlaşdırılan “Yolüstü” layihəsinin qısa zamanda təqdimatı olacaq.

OLAY yazır ki, dünya praktikasında istifadə edilən və cəmiyyətə daha lakonik xidmət təklif edən layihə ilkin olaraq Bakı-Qusar, Bakı-Balakən, Bakı-Qazax Bakı-Astara avtomagistrallarında fəaliyyət göstərəcək.

“Yolüstü” məntəqələrində müxtəlif kombinasiyaların birləşməsi nəzərdə tutulub. Burada kafe, parking, ibadət otaqları, uşaq zonaları, elektrikli avtomobillər üçün şarj mərkəzləri, WiFi, WC və başqa xidmətlər göstəriləcək. Ödənişləri nağd və ya kartla ödəməyiniz mümkün olacaq.

Bundan əlavə, istifadəçilərin rahatlığı üçün “Yolüstü”nün mobil tətbiqi də təqdim ediləcək.

Layihənin təqdimatı mayın sonlarına nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən layihə şəhərlərarası hərəkət zamanı vətəndaşların və turistlərin daha keyfiyyətli xidmətlərlə təmin edilməsinə yönəldilmişdir və gələcəkdə "Yolüstü" məntəqələrinin saylarının artırılması nəzərdə tutulur.