WOW
WOW

“Uzaqdan əl elədi, elə bil ki, vidalaşırdı”

“Uzaqdan əl elədi, elə bil ki, vidalaşırdı”

Müğənni Zamiq mərhum Əməkdar artist Cabir İmanovun vida mərasiminə qatılıb.

OLAY yazır ki, o, sənətçi ilə ölümündən bir gün öncə məclislərin birində görüşdüyünü bildirib. İfaçı söyləyib ki, toyda o, xeyli əylənib və gedərkən uzaqdan onunla vidalaşıb:

“Bir gün əvvəl dostumuzun toyu idi, toyu mən idarə edirdim. O da öz ailəsi ilə orda idi. Çox yaxşı vaxt keçirirdi, əylənirdi, rəqs edirdi, əhval-ruhiyyəsi çox yaxşı idi, uzaqdan mənimlə oxuyurdu. Axıra yaxın mənimlə əl edib sağollaşdı. O kadr gözümün önündən getmir. Hamımız şok içindəyik. O bizim əziz dostumuz idi, çox yaxşı insan idi. Musiqi dolu adam idi. Heç vaxt kiminsə xətrinə dəydiyini görmədim. Hamı onu sevirdi. Səhhəti ilə bağlı heç bir problemi yox idi. Əksinə, özünə baxırdı, günü-gündən formaya düşürdü. Hər gün idman edirdi, yeməyinə diqqət edirdi.

Dəhşətdir, inanılmazdır. Allah rəhmət eləsin”.