WOW
WOW

TƏBİB-dən Cabir İmanovun vəfatı ilə bağlı açıqlama

TƏBİB-dən Cabir İmanovun vəfatı ilə bağlı açıqlama

TƏBİB Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı açıqlama verib.

Bu barədə qurumdan OLAY-a bildirilib:

“29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb”.