WOW
WOW

“Övladımla bağlı etdiyi qarğış tutdu”

“Övladımla bağlı etdiyi qarğış tutdu”

Aparıcı Afaq Gəncəli illər sonra etirafı ilə diqqət çəkib.

OLAY yazır ki, Afaq RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində ona fəaliyyətinin ilk vaxtlarında qarğış edən tanınmış şəxsdən danışıb:

“Ad çəkməyəcəyəm. İndi münasibətim yaxşıdı. Əvvəllər fikirləşirdim ki, bəlkə də onu bağışlamaram. Çünki o, ah-nalə, qarğış edəndə mənim həyatımda hər şey yaxşı idi, heç nə baş verməmişdi. Süjeti çəkilən yox, yanındakı şəxsin xətrinə dəymişdi. O da kifayət qədər tanınmışdır. Sağ olsun, redaktorumuz da “kökündən vurmuşdu”. Onun detalları ilə dediyi hər şeyi yaşadım. Bir anaya övladı ilə bağlı o kəlməni demək? Sənin işin mənimlədir, övladımla nə işin var?”.