“Çox istəyərdim hər şey bilindiyi kimi olsun”.
OLAY yazır ki, bu sözləri instaqramda aktrisa Üzel Kərimova yazıb.
Paylaşımı ilə diqqət çəkən sənətçi bunları qeyd edib:
“Həyatda olanla bilinən o qədər fərqlidir ki, mən artıq başqalarının mənim üçün düşündüyünü yaşamaq istəyirəm. Bu gün səhər oyananda heç nəyə çata bilmədiyimdən o qədər ağlamaq istəyirdim, lakin ağlayacaq vaxtım da yox idi. Bu gün səhəri yenə qaça qaçla açdım. Bu günüm də hər günüm qədər doludur, sizi yormayım çox, gedim işləri görüm”.