WOW
WOW

Afaqla Dilarə yenidən eyni layihədə!

Afaqla Dilarə yenidən eyni layihədə!

Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Dilarə Əliyeva yenidən bir araya gəlib.

OLAY-ın məlumatına görə, illər öncə “Qayınanamız” serialında birgə rol alan sənətçilər yenidən kamera qarşısına keçib.

Onlar ARB TV-də yayımlanacaq “İşdə Məhəbbət macərası” serialına çəkiliblər. Ekran işində eyni zamanda aktyor Vüsal Murtuzəliyev də rol alır. O da illər öncə “Qayınanamız”da əsas rollardan birini canlandırırdı.

Qeyd edək ki, serial oktyabrın 5-dən hər bazar 19.00-da yayımlanacaq. Layihədə həmçinin videobloger və aktrisa Nərmin Xankişiyeva da oynayacaq.