Əməkdar artist Elza Seyidcahanla meyxanaçı Vüqar Əbdülov barışıb.
OLAY yazır ki, bu barədə Vüqar “Günə uğurla” verilişində danışıb. Sənətçi deyib ki, onunla şəxsi incikliyi yoxdur:
“Elza xanım böyük sənətkar, bəstəkardır, dostumuzdur. Bir dəfə bəzi şeirlərindəki çılpaq sözlərə irad bildirmişəm. Onun da xətrinə dəymişdi. Dedim ki, sizin şərəf-ləyaqətinizə toxunmamışam. Yazdığın şeirə bir tamaşaçı, şair kimi nəsə deməyə ixtiyarım var. Bir neçə dəfə yumoristik verilişlərdə onu parodiya ediblər, mən də o proqramların birində bir şeirini səsləndirib parodiya etdim, xətrinə dəydi. Sonra barışdıq. Onun sənətinə böyük hörmətim var. Necə sevməyəsən? Çox qeyri-adi istedadı olan bəstəkardır. Sadəcə şeirlər ki, yazır, açıq-saçıq sözlər insanları qıcıqlandırır. Öz fikri, fəlsəfəsi var, ona qadağa qoya bilmərəm. Onunla şəxsi heç bir incikliyim yoxdur. Gələr, yol verərəm, hörmətimi göstərərəm. İstəmirəm, o şeirləri bizim uşaqlarımız eşitsin. Mən hamıyla yaxşıyam, heç kimlə işim yoxdur. Biz Elzayla birgə mahnı da oxumuşuq, qəşəng mahnıdır”.