“2025 MTV Video Music Awards” mərasimində Ariana Qrande səhnəyə çıxmaq üçün geyimini dəyişib və gecəyə damğa vuran anlardan birinə imza atıb.
OLAY yazır ki, o, “Video Vanguard” mükafatını təqdim etmək üçün səhnəyə çıxarkən Meray Keri ilə birlikdə olub.
İki sənətçi arasında emosional bir an yaşanıb. Ariana Meray Keriyə səhnədə ehtiram əlaməti olaraq baş əyib. Bu jest tamaşaçılar tərəfindən ayaq üstə alqışlanıb və sosial şəbəkələrdə viral olub.