WOW
WOW

Rumiyyə qəzaya düşdü!

Rumiyyə qəzaya düşdü!

Rus Akademik Dram Teatrının aktrisası Rumiyyə Ağayeva qəzaya düşüb. 

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb.  Onun sözlərinə görə, hadisə Zorge parkı yaxınlığında baş verib. Aktrisa qeyd edib ki, o, öz hərəkət zolağında avtomobilini idarə edərkən taksi sürücüsü “Yol ver” işarəsinə  baxmayaraq  çıxıb. Rumiyyənin idarə etdiyi maşınla taksi toqquşub. 

Aktrisa söyləyib ki, taksi sürücüsünün maşını sığortalı olmadığına görə şirkət dəymiş ziyanı qarşılamır:

“Qanuna görə hər iki avtomobil sığortalı olmalıdır. Lakin taksi sürücüsünün sığortası olmayıb və bu səbəbdən şirkət dəymiş ziyanı ödəmir. Bunun üçün ya məhkəməyə müraciət etməliyəm, ya da qarşı tərəflə danışıqlar aparmalıyam. “Az-az verəcəyəm” dedi. Mən razı olmadım. Zəmanət yoxdur ki, həmin sürücü sabah “yoxa çıxmayacaq”. Hətta ustası da razı olmadı. Yalançıdır. Bu, onun borcudur, yaxşılıq deyil. Ona dedim ki, pul tap, ödə. Cavab verdi ki, “Get hara şikayət edirsən, et. Allah köməyin olsun”. Məhkəməyə müraciət etməliyəm. Ailəm bu maşından istifadə etməlidir. Maddi və mənəvi dəyən ziyan var. Allah köməyim olsun”.