WOW
WOW

Hamiləlik tərzini tənqid edənlərə cavab

Hamiləlik tərzini tənqid edənlərə cavab

Dünyaca məşhur müğənni Rihannanın gündəmi zəbt edən hamiləlik tərzi var, amma düzünü desək, hamının bəyəndiyini deyə bilmərik. Müğənni keçən ay hamilə olduğunu açıqladıqdan sonra geyindiyi cəsur libaslarla bağlı qadınlar tərəfindən davamlı olaraq mənfi şərhlər alır. 

OLAY yazır ki, Rihanna tənqidlərə cavab verərək bədəninə güvəndiyini, bu səbəbdən o cür geyimlər seçdiyini vurğulayıb:

“Hazırda seksual görünmək konsepsiyasını irəli sürməyi çox sevirəm. Qadınlar hamilə qalanda cəmiyyət onlara bədənlərini, bir sözlə, seksual olduqlarını gizlətməli olduğu qeyd edir.  Buna gətirirlər ki, sən indi seksual deyilsən, amma hamiləliyin bitəndə yenə seksual olacaqsan. Mən bu cəfəngiyyata inanmıram”.