57 yaşlı müğənni Cennifer Lopez 18 yaşlı oğlu Maksın onun açıq-saçıq səhnə geyimlərinə necə münasibət bəslədiyindən danışıb.

OLAY yazır ki, müğənni verilişlərin birində Las-Veqasda verdiyi konsertlərdən birindən sonra oğlunun onun səhnə obrazı ilə bağlı fikirlərini bölüşdüyünü bildirib:

“Konsertdən sonra Maks yanıma gəldi. Mən elə düşünürdüm ki, o, “Şou möhtəşəm idi!” deyəcək. Amma əvəzində soruşdu: “Niyə səhnədə çıxış edəndə heç vaxt şalvar geyinmirsən?””

Tez-tez səhnəyə açıq-saçıq bodilərdə çıxan Lopezin sözlərinə görə, həmin vaxt oğluna özünü izah etməli olub:

“Mən dedim: “Mən estrada şousunun artistiyəm. Mən rəqqasəyəm, əzizim. Bu, mənim işimdir””.

Oğlu onun səhnə obrazlarından narazıdır Oğlu onun səhnə obrazlarından narazıdır