Lale Eren və Kerem Çatayın prodüserliyi ilə hazırlanan Kanal D-nin reytinq rekordu qıran serialı “Uzak Şehir”in ikinci mövsümü maraqla gözlənilir.
OLAY yazır ki, serial 15 sentyabr, bazar ertəsi axşamı 29-cu bölümü ilə tamaşaçı qarşısına çıxacaq. Bu mövsümdə aktyor heyətində dəyişiklik baş verib.
Serialda “Ümmü” obrazını canlandıran Zeynep Kankonde ailə səbəblərinə görə layihədən ayrılıb. Yeni mövsümdə bu rolu usta aktrisa Banu Fotocan ifa edəcək. Güclü aktyorluq performansı ilə tanınan Fotocan son olaraq “Geleceğe mektuplar” serialında rol almışdı.