İctimai Televiziyada yeni mövsümdən “Tilov” serialı yayımlanacaq.
OLAY-ın məlumatına görə, ekran işinin rejissoru “Əqrəb mövsümü”, “Pərdə” layihələrindən tanıdığımız Emil Quliyevdir.
Layihədə baş rolda Kəmalə Piriyevadır. Ona Elşən Əskərov və Ülvi Həşim də yoldaşlıq edəcək.
Ülvi Həsənli, Aydan Ağazadə, Ümid Qasımov da serialın aktyor komandasındadır.