Əgər siz də hər kəs kimi ləzzətli, duzlu çərəzləri sevirsinizsə, səhərlər bunun üzünüzə təsirini çox yaxşı bilirsiniz. Təəssüf ki, belədir! Bəzən axşam heç nə yeməsək də, oyananda üzümüz şişir və xoş olmayan bir görüntü ilə rastaşırıq.
Duzlu yemək bədənimizdə su yığılmasına səbəb ola bilər, çünki o, əlavə edilmiş duzu kompensasiya etməyə və hətta sistemimizdəki konsentrasiyanı aradan qaldırmağa çalışır. Həmin yeməkləri yedikdə, alkoqol içdikdə və ya az yatdıqda meydana gələn şişkinlikdən tamamilə qorunmağın bir yolu yoxdur. Lakin bu təsirin qarşısını almaq və maye yığılmasını minimuma endirmək yolları var.
OLAY sizə həmin üsulları təqdim edir:
Birincisi, əlavə yastıqla yatın.
Bir az qaldırılmış künclü yastıq sizə gecə boyu kömək edə bilər. Bu, şişkinliyin qarşısını almağın ən asan yollarından biridir. Çünki üzdə toplanan mayenin miqdarını azaldır.
İkincisi, səhər üzünüzə soyuq su çiləyin.
Sizi oyandırmaq və qan axınını təmin etmək üçün buzlu üz vannası idealdır. Bu, üzünüzdəki məsamələri sıxmaq və damarları daraltmaq, şişkinliyi azaltmaq üçün sürətli bir yoldur.
Üçüncüsü, təbii daşlardan hazırlanmış rulonlarla üzünüzü masaj edin.
Təbii daş tərəfdarları iddia edirlər ki, üzünüzdəki daşın hərəkəti auranızı tarazlaşdırıb, toksinləri təmizləyib və kollagenə təkan verəcəyi söylənilir. Deyə bilərik ki, cəhd etməyin heç bir zərəri yoxdur.
Dördüncüsü, yaşıl çay və kartof müalicəsi tətbiq edin.
Bir az yaşıl çay dəmləyin, soyudun. Sonra kartofu bir neçə dilimlə kəsin və soyuq yaşıl çaya batırın. İsladılmış kartofu göz qapaqlarınıza çəkin. Soyuq hava və kofein, xüsusən də antioksidantlar nişasta ilə birləşdirildikdə gözlərin şişkinliyini aradan qaldırır.
Beşincisi, LED maskası alın.
Əgər vaxtınız və imkanınız varsa, yüngül terapiya ilə məşğul olun. Qırmızı LED işıqlar əhəmiyyətli antiinflamatuar təsirlərə malikdir, həmçinin təbii kollagen və elastin istehsalına təkan verə bilər.