Tekirdağın Hayrabolu bölgəsində keçirilən 33-cü Günəbaxan festivalında səhnə alan reper Emirhan Çakal konsertdən sonra silahlı hücuma məruz qalıb.
OLAY yazır ki, iddialara görə, şəkil çəkdirmək istəyən fanatının istəyini rədd edən Çakal hava tüfəngi ilə ayağından vurulub. Atəş açılması nəticəsində sənətçinin ayağından yaralanıb, güllə onun ayağına nüfuz edib. Reper özəl xəstəxanaların birində əməliyyat olunub, müalicəsi davam edir. Hücum edən şəxs isə hazırda prokurorluqda ifadə verir. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Çakal 2022-ci ildə Didimdə də silahlı hücum edilmişdi.