Keçmiş model Diana Əhədpur boşanması ilə bağlı yayılan iddialara cavab verib.
OLAY yazır ki, bu barədə o, yutub kanalında danışıb.
Diana ona ən çox ünvanlanan sualın bu haqda olduğunu bildirib:
“Son bir həftədir mənə ən çox verilən sual “boşanırsınız”dır. Boşanmıram. Əl çəkin, boşanmıram! Haqqımda boşanmağımla bağlı mif gəzir. Bu, ən gülməlisidir. Və bu mifin haradan və nə üçün çıxdığını da yaxşı bilirəm. Amma boşanmadan da öz həyatınızı yaşaya bilərsiniz. Haqqımda deyilənlərin 50%-i həqiqət, qalanı fantaziyadır”.
Qeyd edək ki, Diana İran əsilli iş adamı Manuçehr Əhədpurla evlidir.