Azərbaycan əsilli qazaxıstanlı reper Jah Khalib (Bəxtiyar Məmmədov) Qazaxıstandakı konsertlərini təxirə salıb.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat yayıb:
“Əziz dostlar, Qazaxıstanda keçiriləcək yaxın konsertlərimizə gəlməyi planlaşdıran hər kəsə müraciət etmək istəyirəm.
Təəssüf ki, bu turu ya ləğv etməyə, ya da (əgər gözləməyə hazırsınızsa) təxirə salmağa məcburam.
Səbəb isə odur ki, yenicə doğulan qızım əməliyyatdan sonra kritik vəziyyətdədir və hər nə qədər güc toplamağa çalışsam da, səhnəyə çıxa bilməyəcəyəm.
Və əlbəttə ki, həyat yoldaşımın da bu çətin anda mənə ehtiyacı var.
Anlayışınıza ümid edirəm və sizdən xahiş edirəm, bacardığınız şəkildə dua edin ki, övladlarımız sağlam olsun”.
Qeyd edək ki, Jah Khalib 2020-ci ildə Ukrayna əsilli xanımla ailə qurub. Cütlüyün 2022-ci ildə Safiya adlı qızı doğulmuşdu.