WOW
WOW

Qüsursuz “qüsurlu” dəri - Bu ilin trendi

Qüsursuz “qüsurlu” dəri - Bu ilin trendi

Makiyaj və gözəllikdə dərinin əhəmiyyəti anlayışı son zamanlar baxımlı olan hər kəsin ortaq fikridir. “Fransız qızı” üslubunda gözəlliyi sevənlər üçün tonal krem ​​əvəzinə istifadə edilən nazik örtücü, qüsurları tamamilə gizlətmək deyil, dəriyə bir az parıltı vermək məqsədi daşıyan makiyaj hər zaman əvəzolunmaz olub. Nəmli, yüngül və gündəlik makiyaj hazırda gündəmdədir. Çünki 2022-ci ildə təbiilik hər şeydən öndədir!

OLAY yazır ki, bu ilin tendensiyaları mükəmməl qüsursuz dəri ilə bağlıdır. Bizim də məsləhətimiz çox aydındır!

İstər dodaqlarınızı, istərsə də gözlərinizi vurğulayın, ancaq dəriniz nəfəs alsın və olduğu kimi görünsün.

Ümumilikdə gözəllik trendlərində ağır örtücü, həddindən artıq vurğulanmış bronzer və tünd makiyaja ehtiyacın hökm sürdüyü günlər geridə qaldı. Bu mövsüm insanlara təbii gözəlliklərini artırmağa imkan verən trendləri qəbul edirik.

Yüngül, təbii tuş, problemli nahiyələrə tətbiq olunan örtücü və bu arzuolunmaz ləkələri örtmək üçün açıq su əsaslı rəngli nəmləndiricilər təzə üz və ya “yenicə yuxudan oyanmış” efektli gözəlliyə nail olmağa kömək edir. Biz mükəmməl olmaq məcburiyyətində deyilik. Sadəcə özümüz olmalıyıq!