WOW
WOW

Ruhi Əliyevadan övladları ilə bağlı paylaşım

Ruhi Əliyevadan övladları ilə bağlı paylaşım

“Liatris Holdinq”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyevanın (Ruhi) övladlarının doğum günüdür.

OLAY yazır ki, biznes ledi bu münasibətlə oğullarının şəklini paylaşaraq onları 13 yaşları münasibətilə təbrik edib.

“Könlümün iki qanadı, ruhumun nəfəsi, həyatımın ən saf, ən dəyərli bəxşişləri – Muhammedim və Hasanım…

Bu gün artıq 13 yaşınızdasınız. Zamanın nə qədər sürətlə keçdiyinə təəccüblənirəm, amma ən gözəli odur ki, bu illərin hər saniyəsi sizinlə doludur.

Arzum budur, nə olsa da qəlbinizin təmizliyini hər zaman qoruyasınız. Sözünüz düz, baxışınız dürüst, niyyətiniz saf olsun. Daxilinizdəki insanı heç vaxt itirməyin, çünki dünyanın ən böyük dəyəri mərhəmətli, vicdanlı, şəfqətli insan ola bilməkdir. Bir-birinizin kölgəsi, dayağı olun. Ədaləti sevin, sadəliyə dəyər verin… Güclü olun, amma gücünüzlə incitməyin.

Ad gününüz mübarək, can parçalarım. Bilin ki, bu dünyada sizi hər kəsdən çox sevən bir ürək var. Varlığınız həyatımın ən gözəl, ən dəyərli hədiyyəsidir . Ömrünüz səadətlə dolsun, yollarınız daim aydın olsun. Sağlam olun, Xoşbəxt olun.

Sizi dünyalar qədər çox sevirəm! Sonsuz və səbəbsizcə…”.