Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.
OLAY yazır ki, bu barədə Mərkəzi Klinikanın Mətbuat xidməti məlumat yayıb.
“Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir” deyə, məlumatda bildirilib.
Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinikaya təxliyə olunub.