WOW
WOW

“Həyatımın bir dövrünü bağladım”

“Həyatımın bir dövrünü bağladım”

Müğənni İradə İbrahimova yeni layihəsi ilə bağlı paylaşım edib.

OLAY yazır ki, uzun zaman sonra yeni işə imza atan İradə bunları yazıb:

“Həyatımın bir dövrünü bağladığımı, yenisini açdığımı hiss etdiyim duyğularımın toplamıdır “Dəm”. Həyatımda özüm üçün arzu etdiyim, xəyalını qurduğum bir çox şeyə çatmağın verdiyi hüzurla, fərahlıqla, dərindən nəfəs alaraq yola davam edirəm. Şükrüm sonsuz. Mənim üçün vaxt, qaynamaq vaxtı deyil, “Dəm” vaxtıdır. Sənətimdə verdiyim fasilənin sevənlərimlə aramdakı rabitəni gücləndirdiyini, məni daha yaxından tanımaqlarına səbəb olduğunu düşünürəm. Bu duyğuları mənə yaşadan Allaha, hər şeyə, hər kəsə minnətdaram. Mənim üçün hər albom bir hekayə”.