WOW
WOW

“İşçilər istismar olunur” - “Eva” ilə bağlı iddia

“İşçilər istismar olunur” - “Eva” ilə bağlı iddia

“Port Baku Walk”da yerləşən “Eva” restoranında işçilərin istismara məruz qaldığı ilə bağlı iddialar yayılıb.

OLAY ictimairadar-a istonadən yazır ki, “Port Baku Walk”da yerləşən “Eva” restoranında işə qəbul adı altında sistemli şəkildə əmək istismarı həyata keçirildiyi iddia olunub.

Şikayətçilərin sözlərinə görə, restoran rəhbərliyi hostess vakansiyası üzrə müraciət edən şəxsləri “sınaq müddəti” adı ilə işə çağırır, lakin bu müddət ərzində onlara nə əmək haqqı ödənilir, nə də rəsmi sənədləşmə aparılır.

Bu halın təkrarlandığı və hər 3 gündən bir yeni “sınaq işçi”lərinin çağırıldığı bildirilir.

Beləliklə, ay ərzində onlarla gənc qızın hostess adı ilə ödənişsiz işlədi və restoranın bu yolla əmək haqqı ödəmədən işçi çatışmazlığını aradan qaldırdığı iddia olunur.

Namizədlərə əvvəlcədən bildirildiyi kimi, sınaq müddəti üç gün davam edir.

Həmin dövr ərzində onlar tam iş saatı ilə hostess kimi fəaliyyət göstərir, müştərilərin qarşılanması, masalara yönləndirilməsi və xidmət mədəniyyəti üzrə bütün vəzifələri icra edirlər. Lakin üçüncü günün sonunda restoranın meneceri votsap vasitəsilə sadə bir mesaj yazaraq bildirir:

“Sabahdan gəlməyin, yeni işçimiz seçildi”.

 Daha sonra həmin mesaj silinir və heç bir izahat verilmir.

Restorandan OLAY-a verilən açıqlamada yayılan məlumatların yalan olduğu bildirilib:

“Son günlərdə müəyyən media qurumunun “Eva”restoranına qarşı əsassız və həqiqətə uyğun olmayan məlumatlar yaydığı müşahidə olunub.

Bu kimi qərəzli və provokativ yanaşmalar restoranın nüfuzuna xələl gətirməyə, ictimai rəy yaratmaqla fəaliyyətimizi ləkələməyə yönəlib.
Qeyd etmək istəyirik ki, restoranımız öz fəaliyyətini tam olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirir və bütün ictimai nəzarət orqanlarının tələblərinə əməl edir.

Bu cür dezinformasiya və ya böhtan xarakterli materiallar yayan media qurumları Azərbaycan Respublikasının Mülki Məcəlləsi və İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanuna əsasən məsuliyyət daşıyır”.