WOW
WOW

“Həmin dövrdə o məşhurlar mənimlə çalışmırdı”

“Həmin dövrdə o məşhurlar mənimlə çalışmırdı”

Prodüser Ayşe Barımın məhkəmədən ifadəsi yayılıb. 

OLAY yazır ki, o, Gezi Parkında aksiyaya təşviq etdiyi iddia olunan məşhurların əksəriyyətinin həmin dövrdə onunla çalışmadığını bildirib:

“Heç bir aktyoru yönləndirmədim. Aktyorlar orada olduğu üçün mən də getdim. Çünki media oradaydı. Bu, 15 iyul Çevriliş cəhdindən sonra aktyorların mitinqə getməsi kimidir. Və ya Kahramanmaraş zəlzələsində olduğu kimi. “Türkiye tek yürek”  adlı kampaniya təşkil olunmuşdu. Axşam saat 7-dən səhər 2-yə qədər aktyorlarımın yanında idim. 2013-cü ildə “ID İletişim” 43 aktyorla çalışırdı. Onlardan yalnız 12-si Gezi Parkı aksiyasına qatılıb. 2025-ci ildə “ID İletişim”in saytı iddianaməyə əlavə olunub və o dövrdə mənimlə çalışmayan digər aktyorlar da sanki mənim aktyorum imiş kimi dosyeyə daxil edilib. Gezi Parkına sadəcə bir gün getmişəm. O gün orada olan aktyorların əksəriyyəti mənimlə çalışmırdı — məsələn, Tuba Büyüküstün, Onur Saylak, Can Bonomo kimi. Məsələn, Zerrin Tekindor da o dövrdə mənimlə işləmirdi. Şafak Sezer Gezi Parkındaymış, amma o da mənimlə çalışmırdı... 43 aktyorla işləyirmişəm, komandam 10 nəfərlikmiş, amma yalnız 12 aktyor ora getmişdi. Bu qədər uğurlu bir menecer olaraq sadəcə bu qədər aktyor gətirə bilmişəm?”.