Şairə Nazilə Səfərli açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, Tiktok-da paylaşdığı videoda bəzi müğənnilərə söz atıb:
“İnsanlar göstərişi sevir. Soğanlıda toyda idim. Yolboyu hamı soruşur sən nəmər, çoxlu yüzlüklər vermədilər? O biri müğənnilərə verildi, sənə yox? Tutaq ki, verdilər, sənə nə? Camaat baxsın görsün? Hansı müğənnilər onlara verilən pulları paylaşır, onlar oğrularla, quldurlarla şərikdilər. Onlara söz ötürürlər ki, burada pul var. Sonra həmin ev sahibi yüz, iki yüz min dollar ziyana düşür”.