Aparıcı Leyla Quliyeva ad günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Leyla özəl günündə göndərilən güllərlə şəklini paylaşaraq bunları yazıb:
“İki gündür məni təbrik, dua, təriflərə bürüyən hər kəsə minnətdaram. Hər birinizə ürəkdən, bütün varlığımla təşəkkür edirəm. Zənglər, mesajlar, paylaşımlar - bu qədərini düşünmürdüm heç. Ad günümü qeyd etməyi sevmirdim. Yəqin ki, bu qədər insanın eyni gündə dilinə gətirdiyi, mənə və kainata göndərdiyi enerji öz işini gördü. Hamınıza ürəyinizin, fikirlərinizin mükafatını almağı arzu edirəm. Təki həyat hamının üzünə gülsün, sevgi və hüzurla yaşamağa çoxlu səbəblər çıxsın qarşınıza. Əgər kiminsə yazdığı təbrikə cavab verməmişəmsə, məni üzrlü sayın. Eyforiyadayam, çıxan kimi mütləq səhvimi düzəldəcəyəm. Sevgi ilə qalın”.