WOW
WOW

Devid Bekhem əməliyyat olundu

Devid Bekhem əməliyyat olundu

Dünyaca məşhur futbolçu Devid Bekhem əməliyyat olunub.

OLAY yazır ki, bu barədə “The Sun”a istinadənxəbər verir.

Məlumata görə, buna Bekhemin 22 il əvvəl milli komandada oynayarkən aldığı zədə səbəb olub.

Nəşr yazır ki, futbol ulduzu 2003-cü ildə CAR yığması ilə yoldaşlıq görüşü zamanı biləyindən zədələnib. Həmin vaxt onun biləyinə vint qoyulub və bunun bir müddət sonra əriməsi nəzərdə tutulub. Amma bu baş verməyib. 50 yaşlı sabiq yarımmüdafiəçi biləyindəki ağrılarla yaşayıb.

Qeyd edək ki, Devid Bekhem “Mançester Yunayted”, “Real”, “Milan”, PSJ kimi klublarında çıxış edib.