“Soyuzmultfilm” və NTV kanalı kult cizgi filmi “Nu, poqodi!” motivləri əsasında tammetrajlı bədii film hazırlayacaq.
OLAY yazır ki, bu barədə məlumat Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində verilib.
NTV-nin baş prodüseri Timur Vaynşteyn bildirib ki, yeni layihə klassikaya hörmətlə yanaşmaqla qəhrəmanları müasir formatda yenidən təqdim edəcək. Film, artıq “Uçan gəmi”ni əhatə edən NTV-nin animasiya kainatına daxil olacaq.
“Soyuzmultfilm”in direktorlar şurasının sədri Yuliana Slaşçeva isə qeyd edib ki, ekranlaşdırma həm personajların yeni tərəflərini açacaq, həm də gənc nəsli klassika ilə tanış edəcək.