WOW
WOW

Birinin qolu sındı, digərinin...

Birinin qolu sındı, digərinin...

“Bozdağ Film”in  “Tabii”  platforması üçün hazırladığı və baş rollarında Cansu Dere ilə  İbrahim Çelikkolun yer aldığı “1001 Gece Masalları” serialının çəkilişləri davam edir.  

OLAY yazır ki, 30 bölümlük bu layihənin 20 iyul tarixinə qədər tamamlanması planlaşdırılır. Kulis məlumatlarına görə, əgər hər hansı dəyişiklik baş verməzsə, serial oktyabrda Tabii platformasının beynəlxalq layihəsi  kimi təqdim ediləcək.

Lakin çəkilişlər problemsiz keçmir. Bir neçə ay əvvəl Cansu Dere belində disk yırtığı səbəbilə çətin günlər yaşamışdı. Son olaraq isə serialın digər ulduzu İbrahim Çelikkol tennis oynayarkən qolunun üstünə yıxılaraq zədələnib. Əvvəlcə qırıq aşkar edilməsə də, daha sonra məlum olub ki, aktyorun qolu sınıb. Çelikkol gipsə alınmadan sağalma prosesini keçib və hazırda yalnız çəkiliş xaricində qolunu asqıda saxlayaraq dincəldir.

Zədələrə baxmayaraq çəkiliş heyəti layihəni vaxtında tamamlammağa çalışır.