Xalq artisti Aygün Kazımova Heydər Əliyev adına Hərbi İnstitutda Milli Qurtuluş Gününə həsr edilmiş konsertdə kursantlar qarşısında çıxış edib.
OLAY yazır ki, tədbirin aparıcılığı Leyla Quliyevaya həvalə olunub.
Konsertin yaddaqalan məqamlarından biri də Aygün Kazımovaya kursantların formasının hədiyyə edilməsi olub.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda baş tutan tədbirin təşkilatçılığını Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mədəniyyət Mərkəzi edib.