Aktrisa Nəsrin Cavadzadə sosial mediada onunla bağlı yazılan tənqidlərə cavab verib.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda paylaşım edib. Nəsrin iti Dolceni pulla aldığını iddia edənlərə bunları söyləyib:
“Belə şeylərə cavab verməyə adətən zəhmət çəkmərəm, insanların mənim haqqımda yanılmasına imkan vermək lüksünü sevirəm. Əvvəla, Dolceni pulla almamışam. İt üzərində düşündüyümü bilən bir dostum onu mənə hədiyyə etdi. İkincisi, evimdə xilas etdiyim iki küçə pişiyim var. Üçüncüsü, bu günə qədər baxdığım bütün heyvanlarım 18-19 yaşına qədər yaşayıb. Xroniki xəstəliklərinə baxmayaraq, onları Allahın verdiyi möcüzəvi güclə və böyük bir fədakarlıqla uzun illər yaşada bildim. Türkiyədə şəkər xəstəsi pişiyinə insulin dozasını düzgün verərək yaşada bilmiş nadir insanlardan biriyəm. Bunu edə bilmək üçün çoxlu tibbi biliyə və evə bağlı bir həyata sahib olmalı idim. Çünki pişiklərdə şəkər, insanlardan fərqli olaraq, hər 12 saatdan bir ölçülür. Dördüncüsü, Dolcedən əvvəl anadangəlmə kor olan bir itim var idi, onu da 18 il yaşatdıq və son nəfəsinə qədər bütün məsuliyyətləri üzərimizə götürərək onun yanında olduq. Beşincisi, gözümün gördüyü, əlimin çatdığı hər canlıya mərhəmət və sevgi ilə yanaşmaq Allahla aramdakı razılaşmanın bir hissəsidir. Altıncısı, sosial mediada heç tanımadığınız, haqqında kiçik bir məlumata belə sahib olmadığınız, yalnız televiziyada gördüyünüz işlərindən tanıdığınız bir insanın fotosunun altında böhtan atmaq – əslində o insan haqqında yox, sizin haqqınızda daha çox şey danışır. Hər kəsə xoş həftəsonları arzulayıram. Xoşbəxtlik çox gözəldir, sınayın, deyərdim”.