WOW
WOW

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı

Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Kəmalə Günəşlinin (Mirzəyevə Kəmalə Ələsgər qızı) ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, hadisə dünən axşam saatlarda qeydə alınıb. Məclis sahibi K.Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları oxumadığını deyərək ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.

Bundan sonra onların arasında münaqişə yaranıb. İfaçı mikrofonla məclis sahibi haqqında təhqiramiz ifadələr işlədərək onu digər qonaqların yanında alçaldıb. Həmçinin dava-dalaş fiziki zorakılıqla müşayiət olunub. K.Günəşli masadakı içki bakalını götürərək V.Mikayılovaya atıb. Bakal oradakı qohumlardan biri olan oğlanın sifətinə tuş gəlib və gənc xəsarət alıb.

Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. K.Günəşli vəd edilmiş pulu tələb edib. Qarşı tərəf isə müğənninin xuliqanlıq etdiyini və qonağa, eyni zamanda məclis sahibinə xəsarət yetirdiyini bildirib.