WOW
WOW

AzDrama-da Muradı necə qarşılayıblar?

AzDrama-da Muradı necə qarşılayıblar?

Murad İsmayıl Akademik Milli Dram Teatrında xoş qarşılandığını deyib.

OLAY yazır ki, bu barədə o, “Pərvizə görə” proqramında danışıb. Murad bildirib ki, həmkarı Günəş Teginin əksinə, teatrda neqativ hallarla qarşılaşmayıb:

“Açığı, bir nəfərdən belə gözümə qarşı pis fikir, neqativ almamışam. Yəqin ki, mən tələbəlik illərimdən AzDrama-da aktyor studiyasında Xalq artistlərimizdən – Vidadi Həsənovdan, Pərviz Məmmədrzayevdən, Məmmədsəfa müəllimdən dərs aldığıma görədir. Bununla paralel tamaşalarda rol almışam. Bəsti Cəfərovanın ilk rejissor işində yer almışam, kütləvi səhnələrdə oynayırdım. İlk rolumu da Bəsti Cəfərova vermişdi. Orada keçmişim yaxşı olub. Sonra Fuad Poladovla baş rolda tamaşa oynamışam. Onda tələbəydim, “Vicdan haqqı”na çəkilirdim, tanınırdım, amma Teatrda da işləyirdim, kifayət qədər tamaşa oynamışam. Teatrın aktyorları məni tanıdığı üçün özümü yad hiss etmədim. Nəzərə alsaq ki, bir çox serialda AzDrama-nın aktyorları ilə rol alıram. Düşünürəm ki, tamaşaçılarımız məni o Teatrda çox sevirlər. Rus Dram Teatrında rahat şəkildə zala girə bilərəm, heç kim yaxınlaşmaz. Amma öz teatrımızda tamaşaçılardan diqqəti, sevgini daha çox görürəm”.