WOW
WOW

“Elə qaraqabaq adama sənəti sevdirdim”

“Elə qaraqabaq adama sənəti sevdirdim”

Xalq artisti Roza Cəlilova mərhum həyat yoldaşından danışıb.

OLAY yazır ki, bu barədə sənətkar “Pərvizə görə”də açıqlama verib. R. Cəlilova deyib ki, həyat yoldaşının sahəsi başqa olsa da, ona incəsənəti sevdirib:

“Heyif rəhmətə getdi. Allah rəhmət etsin. Maşınımız var idi, o qədər qaşqabaqlı idi ki, gəlirdi, deyirdi kimi evə aparmaq lazımdır, gedək. Deyirdilər ki, Roza xanım, o yazığı bizə işçi etmisiz. Görürdü ki, mən işimi sevirəm, o da həyat yoldaşımdır, kömək lazım olanda edirdi. Ona həmişə rəhmət oxuyuram. Neçə maşını var idi. Gör, işimi necə sevirdimsə, o cür qaraqabağa da sevdirmişdim, Deyirdi, kömək etməyə gələcəyəm. Bir də görürsən, gəlirdi ki, kim gəlməyib? Deyirdim, yerində otur. Diş həkimiydi, ona incəsənəti elə öyrətdim ki, dedi ki, doğrudan da sənət sənətdir. Sənəti qorumaq və Xalqa çatdırmaq lazımdır. Mən bunu etdim”.