Xalq artisti Röya Ayxan onun Kann Film Festivalındakı iştirakı ilə bağlı qalmaqallı fikirlər səsləndirən Əməkdar incəsənət xadimi Ayaz Salayevə cavab verib.
OLAY yazır ki, estrada ulduzu inataqramda paylaşdığı videoda bu sözləri deyib:
“Deyirlər, rəhmətliklər diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız. Özünüzə gəlin. Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm. Çünki oxuduğum kimi ürəyim var. “Hadi” oradan!”.