Olay
Olay

Sıla viza problemini həll etmək üçün ev aldı

Sıla viza problemini həll etmək üçün ev aldı

Türkiyənin məşhur müğənnisi  Sıla Gençoğlu Avropa vizası ilə bağlı yaşadığı çətinlikləri aradan qaldırmaq üçün Yunanıstandan 800 min avroya dəyərində daşınmaz əmlak alıb. 

OLAY yazır ki, müğənni bu addımı ilə “qızıl viza” (Golden Visa) proqramından yararlanaraq Şengen zonasına sərbəst giriş hüququ əldə edib.

Qeyd edək ki, Yunanıstanın tətbiq etdiyi bu proqram çərçivəsində 250 min avro və daha yüksək dəyərdə əmlak alan əcnəbilərə uzunmüddətli oturum icazəsi və sərbəst səyahət imkanı verilir. Sılanın aldığı əmlakın dəyəri isə bu məbləğin xeyli üzərindədir.

Məlumatlara görə, sənətçi son illərdə Avropa ölkələrinə səfərlərində vizayla bağlı bir neçə maneə ilə qarşılaşıb və bu səbəbdən  özünə Yunanıstanda yaşayış yeri almağa qərar verib.

Müğənninin bu addımı həm şəxsi rahatlığı, həm də Avropadakı layihələrinə asanlıqla qatılmaq məqsədi daşıyır.