Xalq artisti Yusif Eyvazov Almaniyada saatda 300 km sürətlə “Lamborghini” idarə edib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, o bu barədə instaqram video paylaşıb.
“Almaniyadakı yolları sevirəm, çünki sürət limiti olmayan yerlər var. “Lamborghini” möhtəşəmdir, amma marketə ərzaq almaq üçün getməyə yaramır. Demək olar ki, saatda 300 km sürətə çatdım”, - deyə, Eyvazov bildirib.
Qeyd edək ki, Y. Eyvazov 2023-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.