Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva onunla bağlı paylaşım edib.
OLAY yazır ki, bu gün toylarının 7-ci ili olduğunu qeyd edən Nigar bunları yazıb:
“İnsan doğrudan başına nə zaman nə gələcəyindən xəbərsizdir. Necə də hər şeyi həvəslə hazırlamışdım. Bu dönəmdən Allah məni də xoşbəxt edəcək deyə düşünürdüm”.