Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi mərhum atası Bəşir Səfəroğlunun vəfatından danışıb. Bu barədə sənətçi “Şən Gənc”də açıqlama verib:
“Sənə məktəb illərindən elə şeylərdən danışaram ki, tüklərin biz-biz durar. Çox dəcəl olmuşam. 1969-cu ilin martına qədər. Sonra daha yox... Yorulmuşdum Lütfəli müəllimin ayaqqabılarını oynatmaqdan. Ayağında şiş var idi. Gələn kimi qəzeti salıb, ayağını ora qoyurdu, ayaqqabısını da çıxarırdı. Mən də ayaqqabını çəkirdim özümə tərəf, gedib asırdım birini o taydan, birini bu taydan. Məktəbə komisiya gələndə görürdü iki ədəd cırıq ayaqqabı asılıb. 1969-cu ildə atam öldü və dəcəlliyimə son qoyuldu”.