Müğənni Zeynəb Həsəni yeni layihəsini təqdim edib.
OLAY yazır ki, bir neçə gün öncə sosial mediada gəlinlik görüntüləri ilə diqqət çəkən ifaçı toy video və fotolarının klipdən olduğunu bildirib.
Müəllifinin Elçin Məhərrəmov olduğu “Söz ver” mahnısı üçün Zeynəb kamera qarşısına keçib. Ekran işinin rejissoru Xəyal Hüseyndir.
Klipin büdcəsinin 20 min manat olması barədə “İncə səhər” verilişində iddia irəli sürülsə də, Zeynəb bunu təkzib edib.
“20 min manat getməyib, insanları aldada bilmərəm. Onsuz da gəlinlikdən dolayı insanlar deyəcəklər ki, bizi aldatdı. Çox xərcimiz çıxıb, amma 20 min manat deyil. Komanda da çalışanlar çox idi, mən hallallıq almağı sevirəm. Hərəsinin qonorarı fərqli idi”, - deyə, Zeynəb söyləyib.