WOW
WOW

Elxan Cəfərova vəzifə verildi

Elxan Cəfərova vəzifə verildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyinatı olub.

OLAY yazır ki, müvafiq əmr ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.

Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının nəzdində yeni yaradılan “Yuğ” teatr-studiyasında aktyor kimi fəaliyyətə başlayıb. 1995–1997-ci illərdə Azərbaycan Televiziyasında nəzdindəki “Proloq” studiyasının bədii rəhbəri olub.

Elxan Cəfərov məktəbli yaşlarından bir sıra filmlərdə (“Sevinc buxtası”, “Hazır ol, əlahəzrət”, “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Bağ mövsümü” və s.) çəkilib. O, rejissor kimi “Əlvida” (2007), “Əlavə təsir” (2010), “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015), "Cənnət yuxusu" (2025) və s. bədii filmləri lentə alıb.

Rejissor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. “Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür.