WOW
WOW

Kirkorov 58 yaşını lüks villasında qeyd etdi

Kirkorov 58 yaşını lüks villasında qeyd etdi

Rusiyanın Xalq artisti Filipp Kirkorov ötən gün doğum gününü qeyd edib.

OLAY yazır ki, 58 yaşına qədəm qoyan sənətçi özəl gününü dəbdəbəli villasında keçirib.

Xoş günündə Kirkorovu dostları tək qoymayıb. 

Belə ki, Filippi təbrik etməyə Viktoriya və Oleq Şelyaqovlar, Kseniya Sobçak, Yana Rudkovskaya, Qriqori Leps, plastik cərrah Timur Xaydarov, Alsu, Sevil, Andrey Malaxov, Ani Lorak, İqor Krutoy və başqaları gəlib.

Qonaqlar Kirkorovu bahalı hədiyyələrlə sevindiriblər. 

Onların demək olar ki, hamısı sosial şəbəkələrdə estrada ulduzunun məclisindən foto və videolar paylaşıblar.