WOW
WOW

Bu ölkədə Netrebkonun konsertinə etiraz etdilər

Bu ölkədə Netrebkonun konsertinə etiraz etdilər

Onlarla insan Rusiyanın Xalq artisti Anna Netrebkonun Bratislavadakı konsertinə etiraz edib.

OLAY “RİA Novosti” nəşrinə istinadən yazır ki, sənətçinin Slovakiya Milli Teatrında çıxışına cəmi bir saat qalmış binanın qarşısındakı meydana bir neçə onlarla etirazçı toplaşıb. 

Onlar səhnədən opera divasını Ukraynadakı xüsusi hərbi əməliyyatı pisləməkdən imtina etdiyinə görə tənqid ediblər.

Etirazçılar “Tamaşaçılara ayıb olsun!” və “Bizə Netrebko lazım deyil!” və teatrın binasına daxil olan adamları fitə basdı. 

Mitinqi “Otvorena kultúra” (Açıq Mədəniyyət) hərəkatı təşkil edib.

Qeyd edək ki, A.Netrebkonun ikinci həyat yoldaşı Azərbaycanın Xalq artisti Yusif Eyvazov olub. Keçmiş cütlük bir çox konsertdə birlikdə çıxış edirlər. Anna xüsusi əməliyyat başlayandan vətəni Rusiyada çıxışını dayandırıb. Netrebko Sürix Opera Evi və Londondakı Kovent Qardendə səhnəyə qayıdacaq.