Yutubda çəkdikləri videolarla populyarlaşan aparıcı və aktyorlar Ali Biçimlə Mesut Can Tomay Bakıya gəlib.
OLAY yazır ki, bununla bağlı onlar instaqramda paylaşımlar ediblər. Tanınmış simalar yutub kanallarındakı verilişlərinin bir bölümünü Bakıda çəkirlər. Məşhurların Heydər Əliyev Mərkəzindən paylaşdıqları videoda Xalq artisti Röya Ayxanın “Doldur ürəyimi” mahnısı səslənib.
Qeyd edək ki, Mesut Can əslən azərbaycanlıdır.