WOW
WOW

““Leyli”ni biletləri cibimdən almadan oynamışam”

““Leyli”ni biletləri cibimdən almadan oynamışam”

Əməkdar artisti Nigar Şabanova həmkarı, Əməkdar artist Nüşabə Ələsgərlinin “Leyli və Məcnun”u cavanlar oynamalıdır” açıqlamasına münasibət bildirib.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində danışıb.

Bir dəfə “Leyli”ni canlandıran Şabanova bundan sonra həmin rolu oynamaq istəmədiyini bildirib:

“Akademik Opera və Balet Teatrında işləməmişəm. Həmkarım Əməkdar artist Elnur Zeynalov tərəf müqabilim olub. Sadəcə bir dəfə “Leyli”ni oynamışam. Bir dəfə oynamağımın səbəbi də bəllidir. Bəli, həmin teatrda artıq direktor da, müəyyən işçilər də dəyişib. Allah qismət etsin yenidən “Leyli”ni oynayım. Niyə də yox? Küskünlüyüm var. Məni xanəndəlikdən, dəfdən və muğamdan küsdürdülər. Çox istərdim ki, sadəcə bir müəllimin tələbə deyil orada bütün xanəndələr “Leyli və Məcnun”unu oynaya bilsin. Dəyişikliklər baş versə də istərdim ki dəyişikliklər hər tərəfli baş versin. Çünki çox istedadlı xanəndə dostlarımız var. Heç mən oynamasam da belə… Mənim üçün olsa da olar, olmasa da… Bir dəfə oynamışam və çox da gözəl oynamışam. Biletləri cibimdən almadan və kimlərəsə vermədən zalı doldurmuşam. Hər kəs tamaşadan ağlayaraq çıxıb. Bu gün haradasa çalışaramsa, bir səhnə alaramsa, o müəssisəyə çox böyük xeyirim dəyəcək, ziyanım yox. Tamaşaçılar gəlib məni canlı dinləyəcəklər. Bundan sonra fərq etmir. Müəyyən səbəblər olub, artıq oxumaq istəmirəm. Allah sağlıqlarına qismət etsin bütün obrazlarını. Mən artıq o “Leyli” deyiləm. Mənim ürəyim nə vaxt istəyəcəksə, hər şey olacaq. İstədiyim elə bir şey yoxdur ki, onu həyata keçirməyim. İstəyəcəyəmsə hər şey edəcəyəm. Sadəcə həqiqətən hələ istəmirəm. Allah başlarını özlərinə qarışdırsın. Elə hər mənada…”