WOW
WOW

“Sənətçi səviyyəsiz verilişlərə çıxmağa məcbur deyil”

“Sənətçi səviyyəsiz verilişlərə çıxmağa məcbur deyil”

Müğənni Almaxanım Əhmədli efirlərə çıxmamasının səbəbini açıqlayıb.

OLAY yazır ki, bu barədə o, instaqramda “story” paylaşıb. Almaxanım yazıb ki, yalnız seçdiyi verilişlərə çıxmaq istəyir:

“Bəzi verilişlərimizə çıxıb qonaq kimi əyləşməyi yox, kefim olmayanda açıb o verilişlərə prikol məqsədli televiziya proqramı kimi baxmağı üstün tuturam. Çünki təəssüflər olsun ki, bir çox verilişlərimiz gülünc vəziyyətdədir. 2-3 istisna sevdiyim veriliş var, onlara çıxacağam gələcəkdə... Hələ heç bir verilişə çıxmıram. Yaradıcılığımdakı yenilikləri Youtube-dan izləyin. Dünya standartlarıyla bir az ayaqlaşaq. Sənətçinin yaradıcılığından xəbərdar olmaq istəyirsizsə, yeni mahnısını “Spotify”, “Apple Music”dən dinləyin, klipini də yutubdan izləyin. Bir də konsertinə bilet alın. Sənətçi məcbur deyil ki, səviyyəsiz verilişlərə çıxsın. Özünün sevdiyi, seçdiyi, özünü dəyərli hiss etdiyi verilişlərə getməlidir. O da ki, tamaşaçının gözünü “mazol” etməməlidir. İldə 2-3 dəfə müsahibə xarakterli verilişlərdə çıxıb yaradıcılığından, həyat tərzindən, gələcək konsertlərindən bəhs etsə, çox gözəl olar. İnşallah, gün gələr bizim ölkəmizdə də sənətçilər bu sistemə keçid edərlər. Tamaşaçılar da səviyyəsiz verilişlərimizdən uzaq olarlar”.