Bu dəqiqə bütün dünya Papa Fransisklə vidalaşır.
OLAY yazır ki, dünyanın bir sıra məşhur telekanalları və nəşrləri vida mərasimini canlı yayımlayır.
Qeyd edək ki, Yepiskop, aprelin 21-də 88 yaşında insultdan dünyasını dəyişib. Fransisk hələ sağ ikən Papaların əksəriyyətinin dəfn olunduğu Vatikanda Müqəddəs Pyotr kilsəsinin mağarasında deyil, Romadakı Santa Maria Maggiore bazilikasında dəfn edilməsini əmr edib. Yepiskop buranı xüsusilə sevirdi: bütün xarici səfərlərindən əvvəl və sonra orada dua edirdi.
***
Vatikanda Papa Fransiskin dəfn mərasimi başa çatıb.