Xalq artisti və iş adamı Emin Ağalarovun evində təhlükəli anlar yaşanıb.
OLAY yazır ki, bu haqda sənətçi instaqram səhifəsində video paylaşıb.
Görüntülərdə hamam otağındakı şüşə arakəsmənin parçalandığı yer alıb.
Təhlükəli vəziyyəti aradan qaldırmaq üçün Ağalarov arakəsməni özü qırıb.
“Səhər oyandım və hamamda yerdə böyük şüşə parçası gördüm. Sonra daha birini. Və budur. Hamamdakı şüşə arakəsmə çatlayıb. Onu tamamilə sındırdım. Köməkçimizə dedim ki, onu təmir etdim, sadəcə içəri girməyin, yer şüşədir. Qorxulu heç nə yoxdur” - deyə, Emin bildirib.